Orta Şərqi qan gölünə çevirən “İraq Şam İslam Dövləti” (İŞİD) təşkilatı yaraqlılarının daha bir şok görüntüsü yayılıb. Bu dəfə öldürdükləri bir iraqlının üzərinə basaraq, zəfər pozası verdiklərini əks etdirən fotoşəkil ortaya çıxıb. Modern.az xarici mətbuata istinadən xəbər verir ki, İŞİD İraqda kəsdikləri insan başları ilə futbol oynamaqdan başqa, həm də insanları acımadan çarmıxa çəkir.
Bir tərəfdən strateji əhəmiyyətli neft və təbii qaz təsisatlarını ələ keçirən İŞİD, bir tərəfdən də keçdiyi şəhərlərdəki insanları qətl edir. Yaraqlılar mülki insanları da vəhşicəsinə qətlə yetirməkdən çəkinmirlər.
Modern.az