Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, iyulun 1-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Gün ərzində arabir güclənən şimal küləyi əsəcək.
Havanın temperaturunun gecə 19-22, gündüz 27-32 dərəcə isti olacağı gözlənilir.
Atmosfer təzyiqi normadan yuxarı 763 mm civə sütunu, nisbi rütubət isə 85-95 faiz təşkil edəcək.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu: Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 21-22, Zağulba, Mərdəkan, Şüvəlan, Buzovnada 22-23, Türkan, Hövsan, Şıx, Sahildə 23-24 dərəcə isti təşkil edəcək.
İyulun 1-də Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı, gündüz yağışın tədricən kəsiləcəyi gözlənilir. Arabir güclənən şərq küləyi əsəcək.
Havanın temperaturunun gecə 19-24, gündüz 30-35, dağlarda gecə 10-15, gündüz 19-24 dərəcə isti olacağı gözlənilir.
Tibbi-meteoroloji proqnoza görə, yaxın 2 gündə Abşeron yarımadasında meteoroloji amillərin normal sutkalıq gedişi əksər meteohəssas insanlar üçün əsasən əlverişlidir.