Elektron cavab kartı sizin Sınaq Qiymətləndirilməsində doldurduğunuz cavab kartı ilə eynidir. Əgər elektron cavab kartınızda variant, bölmə, fənn səhv göstərilibsə və ya nəticələrinizlə hələ də tanış ola bilmirsinizsə bu o deməkdir ki, siz qiymətləndirilmə zamanı informasiyanı cavab kartınızda səhv qeyd etmisiniz.
Bu səbəblərdən yaranan problemləri bildirmək üçün bakuedu.az saytındakı müraciət forması dolduraraq İdarəyə ünvanlamalısınız.
Nəticələri ilə razı olmayan müəllimlərin isə Bakı Şəhəri üzrə Təhsil İdarəsinə ərizə ilə müraciət etməkləri tövsiyə olunur.
Bununla yanaşı bu gündən etibarən 4 gün ərzində qiymətləndirilmənin aparılması ardıcıllığı ilə sual kitabçaları bakedu.gov.az saytına yerləşdiriləcək.
Sualların düzgün cavabları hər bir müəllimin şəxsi səhifəsində cavab kartı ilə birlikdə yerləşdirilib. Ləğv olunmuş suallar ulduz işarəsi ilə qeyd edilib. Bu gün 10 iyunda Sınaq Qiymətləndirilməsi aparılmış fənlərin sual kitabçaları yerləşdiriləcək”.
Misranə Həsənzadə