Modern.az

Kənd Təsərrüfatı Nazirliyi: “Pis hava şəraiti taxılın məhsuldarlığına mənfi təsir göstərib”

Kənd Təsərrüfatı Nazirliyi: “Pis hava şəraiti taxılın məhsuldarlığına mənfi təsir göstərib”

30 İyun 2014, 16:13


“Bir müddət hava şəraitinin isti keçməsi xüsusilə dəmyə  bölgələrində taxılın məhsuldarlığına mənfi təsir göstərib. Amma Aran bölgəsində ciddi bir fəsad yoxdur”. Bunu Modern.az-a Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev deyib.

Onun sözlərinə görə, xüsusilə Tərtərdə, Bərdədə, Aran bölgəsində intensiv yağışların yağması taxıl sahəsində yatmaya səbəb olub. “Son iki gündə hava şəraitinin kəskin dəyişməsi taxılın biçilməsini gecikdirir. Başqa ciddi fəsad yoxdur. Baş verən sel Tovuzda kartofçuluq sahəsinə təsir etsə də, hər hansı qiymət artımından, məhsul qıtlığından söhbət gedə bilməz”.

Nazirlik rəsmisi aparılan monitorinqlərin nəticəsi olaraq bildirib ki, hətta keçən ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatı məhsullarının qiyməti aşağıdır.

“Məsələn, ilin bu vaxtı qarpız 20-21 qəpikdir, halbuki bostan məhsullarının kütləvi bazara çıxma dövrü iyulun 15-dən sonra başlayır. Hər şey boldur, qiymətlərə heç bir təsiri gözlənilmir. Yazqabağı çiçəkləmə fazasında hava şəraitinin kəskin dəyişməsi, yağıntının intensiv olması şimal bölgəsində meyvələrə təsir göstərsə də, nazirliyin mütəxəssisləri tərəfindən verilən müvafiq tövsiyələrlə, aqronomik qaydalara riayət edilməklə itirilmiş potensial bərpa edilib”.  

Gülşən RAUFQIZI

 
Whatsapp
Bizə yazın!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu