Modern.az

Həbsdə olan Anar Məmmədli ilə bağlı 44-cü dəyişiklik qəbul edilib

Həbsdə olan Anar Məmmədli ilə bağlı 44-cü dəyişiklik qəbul edilib

30 İyun 2014, 16:26


Anar Məmmədlinin həbsində siyasi motivlərin olması ilə bağlı ATƏT-in qanununa 44-cü dəyişikliyin edilməsini təklif edilib. Modern.az xəbər verir ki, bu gün Bakıda ATƏT Parlament Assambleyasının Demokratiya və İnsan Hüquqları Komitəsinin iclası zamanı ATƏT-in norveçli nümayəndəsi iclasda bildirib ki,  A.Məmmədli haqda məhkəmə qərarı ATƏT-in qanunları ilə ziddiyyət təşkil edir.

Azərbaycanlı nümayəndə heyətinin üzvü Rəbiyyət Aslanova isə bu təklifin Azərbaycanın əleyhinə olaraq gündəliyə salındığını deyib:

“Anar Məmmədlinin əməlində cinayət tərkibi var. Bu zaman o niyə həbs edilməsin? O, siyasi səbəbdən həbs edilməyib. Bu təklif Azərbaycanın əleyhinə hazırlanıb. Təklif müəllifi Azərbaycan haqqında məlumatlara malik deyil. Anar Məmmədlinin işinə obyektiv qiymət vermək üçün bu işi dəqiq öyrənmək lazımdır. Bu təklifi verən norveçli nümayəndəyə müxtəlif müxalif qruplardan məlumatlar ötürülüb. Azərbaycan hüquq müdafiəçisi ilə bağlı dialoqa hazırdır. Bu məsələdə hər hansı siyasi motivlər yoxdur. Anar Məmmədli əməllərində cinayət əməlləri olduğuna görə həbs edilib”.

Səsvermə 30 lehinə, 14 əleyhinə olmaqla Anar Məmmədli ilə bağlı 44-cü dəyişiklik qəbul edilib.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu