Xalqların Demokratik Partiyasının (HDP) rəhbəri Selahattin Demirtaş Türkiyə prezidentliyinə namizəd olduğunu açıqlayıb. Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, açıqlamadan sonra danışan Demirtaş deyib: “Hər kəsə sonsuz təşəkkürlər. Bu gün namizəd olmaq vəzifəsi mənim çiyinlərimdədir. Xalqın adından Çankayaya namizədik. Xalqın içindən çıxmış deyilik, xalqın içindəyik”.
Modern.az