Modern.az

Çin kommunistlərinin sayı 86 milyonu keçdi

Çin kommunistlərinin sayı 86 milyonu keçdi

Dünya

30 İyun 2014, 17:55



Dünyanın ən iri siyasi təşkilatı hesab olunan Çin Kommunist Partiyası (ÇKP) üzvlərinin sayı 2013-cü ilin yekunlarına görə 86,69 milyon nəfər olub. Modern.az xarici mətbuata istinadən xəbər verir ki, bu, əvvəlki illə müqayisədə 1,8 faiz çoxdur. Qeyd edək ki, iyulun 1-də ÇKP-nin yaradılmasının 93 ili tamam olacaq. Məlumatda qeyd edilir ki, 2013-cü ildə partiyaya 2,41 milyon nəfər yeni üzv qəbul olunub ki, bu da 2012-ci ildəkindən 825 min nəfər azdır.

  Modern.az  
Telegram
Hadisələri anında izləyin!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi