Modern.az

Müdafiə Nazirliyi hərbi qulluqçulara pul kompensasiyası verməyə başlayıb

Müdafiə Nazirliyi hərbi qulluqçulara pul kompensasiyası verməyə başlayıb

30 İyun 2014, 18:10


Müdafiə Nazirliyi hərbi qulluqçulara pul kompensasiyasının verilməsi barədə məlumt yayıb.
Nazirlik bəyan edib edib ki, təqvim ilində, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illərində növbəti məzuniyyətdən istənilən səbəbdən istifadə etməyən hərbi qulluqçuya (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) həmin təqvim ili, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illəri üçün istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiyasının ödənilməsi mərhələli şəkildə aparılır.

“Hazırda müdafiənin ön xəttində yerləşən hərbi hissələrdə xidmət edən hərbi qulluqçuların istifadə olunmamış məzuniyyət əvəzi pul kompensasiyası ödənilir. Bundan sonra digər hərbi hissələrdə xidmət edən hərbi qulluqçuların kompensasiyasının ödənilməsi nəzərdə tutulub”-deyə nazirliyin mətbuat xidmətindən Modern.az-a bildirilib.

Qeyd edilib ki, məsələylə bağlı qanunun qüvvəyə mindiyi 2010-cu il 12 iyun tarixindən sonra ehtiyata və istefaya buraxılmış hərbi qulluqçulara pul kompensasiyası müvafıq komissiyalar tərəfindən sənədləşmə və protokol işləri başa çatdırıldıqca müəyyən olunmuş qaydada ödəniləcək.

“Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 2014-cü il 28 mart tarixli qərarına uyğun olaraq 2010-cu il iyunun 12-dək ehtiyata və istefaya buraxılmış hərbi qulluqçulara istifadə olunmamış məzuniyyət əvəzi pul kompensasiyanın məbləğinin və ödəmə qaydalarının müəyyən edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı qəbul edildikdən sonra həmin kateqoriyadan olan hərbi qulluqçulara ödənişlərin həyata keçirilməsi nəzərdə tutulub”.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu