Modern.az

TQDK kolleclərin və buraxılış imtahanlarının nəticələrini elan etdi

TQDK kolleclərin və buraxılış imtahanlarının nəticələrini elan etdi

30 İyun 2014, 18:35

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 29 iyun tarixində keçirilmiş buraxılış imtahanlarının nəticələrini elan edib. İmtahanda iştirak etmiş şagirdlər imtahan nəticələri ilə iş nömrələrini 7727 nömrəsinə göndərməklə və TQDK-nın internet saytında //www.e-gov.az/az/services/read/2641/1 keçidinə daxil olmaqla tanış ola bilərlər.

İmtahanlar Bakı, Naxçıvan, Gəncə, Tovuz, Sumqayıt, Mingəçevir, Şəki, Ağcabədi, Göyçay, Şirvan, Salyan, Lənkəran, Masallı və Xaçmazda həyata keçirilmişdi.
Bu imtahanlarda ümumi orta və tam orta təhsil səviyyələrini əvvəlki dərs illərində başa vurmuş, lakin müxtəlif səbəblərə görə yekun attestasiyası aparılmamış, eləcə də eksternat qaydasında attestasiyada iştirak etmək üçün təhsil aldıqları təhsil müəssisələrinə müraciət etmiş və imtahana buraxılması haqqında həmin təhsil müəssisəsi tərəfindən qərar qəbul edilmiş şagirdlər, əvvəlki illərdə keçirilmiş buraxılış imtahanlarında məqbul qiymət ala bilməmiş şagirdlər, həmçinin üzrlü səbəbdən 2014-cü ildə keçirilən buraxılış imtahanlarında iştirak edə bilməmiş cari ilin məzunu olan şagirdlər iştirak etmişdilər.

TQDK iyunun 29-da ümumi orta təhsil bazasında (9 illik ) orta ixtisas təhsili müəssisələrinə əvvəlki illərin məzunları üçün keçirilmiş qəbul imtahanının nəticələrini də elan edib.

Abituriyentlər imtahan nəticələri ilə iş nömrələrini 7727 nömrəsinə göndərməklə və ya TQDK-nın internet saytı //www.e-gov.az/az/services/read/2641/1 vasitəsilə tanış ola bilərlər.

Qeyd edək ki, ixtisas seçiminə ümumi balı 16-dan və hər bir fənn üzrə balı 8-dən az olmayan abituriyentlər buraxılacaqlar. İxtisas seçimi iyulun 2-dən 10-dək həyata keçiriləcək. İxtisas seçimi ilə bağlı ətraflı məlumatları “Abituriyent” jurnalının 3-cü sayından əldə edə bilərsiniz.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu