İraqın bir neçə siyasi partiyası koalisiya yaratdığını elan edib. Modern.az xarici mətbuata istinadən xəbər verir ki, yeni kolisiya “İraq güclərinin koalisiyası” adlanır. Koalisiyaya İraq hökumət başçısı Nuri Əl-Maliki və onun partiyasının seçkilərdə iştirakına qarşı yaradılıb. Yeni birliyə “Muttaxidun”, “Əl-Ərəbiyə”, “Sədaqət Anbara”, “Diyalə” adlı qurumlar daxildir.
Yeni siyasi güc iddia edir ki, baş nazir Nuri Əl-Malikini əvəz edəcək. Onlar başqa siyasi birlikləri də dəvət ediblər.
Modern.az