ABŞ başqa dövlətlərin İraqda terrorçu qruplaşmalara qarşı hərbi əməliyyat keçirmələrinin əleyhinədir. Modern.az xarici KİV-ə istinadla xəbər verir ki, bu haqda ABŞ Dövlət Departamentinin rəsmisi Cen Psaki İraqın Rusiyadan aldığı SU-25 qırıcı təyyarələrlə bağlı danışarkən deyib. Onun sözlərinə görə Bağdad hakimiyyəti müxtəlif ölkələrlə əməkdaşlıq etsə də, bu həmin dövlətlərin İraqda əməliyyat aparması üçün əsas deyil.
Qeyd edək ki, İraq Rusiyadan 500 milyon dollar 5 ədəd Sukhoi SU-25 qırıcı təyyarəsi alıb. Məlumata görə həmin qırıcı təyyarələrdən İraq Şam İslam Dövləti (İŞİD) yaraqlılarına qarşı əməliyyatlarda istifadə olunacaq.Modern.az