Türkiyə ana müxalifəti olan CHP və MHP-nin prezident seçkisində vahid namizəd olacağı nəzərdə tutulan İslam Əməkdaşlıq Təşkilatının sabiq baş katibi Ekmeleddin İhsanoğlu yeni açıqlamalar verib. Modern.az Türkiyə KİV-nə istinadla xəbər verir ki, o, Ostim Sənaye və İş Adamları Dərnəyinin təşkil etdiyi iftar süfrəsində çıxış edib. E. İhsanoğlu İraq və Suriyadakı gərginliyi şərh edərkən bildirib ki, bu təhlükələrin Türkiyəyə sirayət etməməsi üçün tədbirlər görmək lazımdır. “Bunun üçün Türkiyənin birliyivə bərabərliyi lazımdır. Bu məsələdə partiya mənsubiyyətini qabartmayan, partiya fərqi qoymadan problemin həllinə çarə tapacaq prezident seçmək lazımdır. Odu körükləmək yox, oda su ilə girə biləcək bir nəfərə ehtiyac var”,-deyə E. İhsanoğlu qeyd edib.
Onun sözlərinə görə Türkiyə cəmiyyəti xarici təhlükələrə qarşı vahid cəbhədə birləşməlidir. E. İhsanoğlu bildirib ki, Türkiyə ictimaiyyəti sülh, təhlükəsizlik, sabitlik istəyir. "Biz daha diqqətli olmasaq, Suriya, İraqdakı təhlükələr Türkiyəyə də sıçraya bilər".Modern.az