Azərbaycan Respublikası Peyntbol Federasiyası Avropa Peyntbol Federasiyasına tam hüquqlu üzv seçilib. Beləliklə, Azərbaycan Peyntbol Federasiyası Qafqaz regionunda Avropa Peyntbol Federasiyasına üzv olan ilk təşkilat olub. Avropa Peyntbol Federasiyasına üzv olmaqla Azərbaycan Peyntbolçuları peyntbol idman növündə ölkəmizi beynəlxalq çempionatlarda təmsil etmək hüququ qazanıblar. Azərbaycan Peyntbol Federasiyası yarandığı andan ilk addımını Azərbaycan Hava və Ekstremal İdman növləri Federasiyası tərəfindən 10 may 2014-cü il tarixində təşkil olunan 3751 metr hündürlükdə yerləşən Heydər Əliyev zirvəsinə yürüşlə başlayıb. Avropa Peyntbol Federasiyası (APF) peyntbol idman növünü təmsil edən, özündə Avropanın bütün milli peytnbol federasiyalarını birləşdirən beynəlxalq təşkilatdır.