Modern.az

Azay Quliyevin qətnamə layihəsi ATƏT PA-da qəbul edildi

Azay Quliyevin qətnamə layihəsi ATƏT PA-da qəbul edildi

Təhsil

1 İyul 2014, 12:42


Bu gün ATƏT PA-nın Bakıda keçirilən  23-cü illik sessiyasında ATƏT PA-nın Siyasi Məsələlər və Təhlükəsizlik Komitəsinin sədr müavini, büro üzvü Azay Quliyevin müəllifi olduğu “ATƏT regionunda mədəni mülkiyyətin qorunması” adlı qətnamə layihəsi Demokratiya, insan haqları və humanitar problemlər (3-cü komitə) Komitəsində  müzakirəyə çıxarılıb. Modern.az saytı xəbər verir ki, öncə Azay Quliyev çıxış edərək Qətnamə layihəsi haqqında parlamentarilərə məlumat verib.

Sonra iclasın aparıcısı Qətnaməyə edilən təkliflərlə bağlı müzakirəni açıq elan edib. İrəli sürülən dəyişikliklər bənd-bənd müzakirəyə çıxarılıb. Erməni nümayəndə heyətinin rəhbəri Artaşes Qaqemyanın ciddi cəhdlərinə, xahişinə, və deputatlara yalvarışlı müraciətinə baxmayaraq irəli sürdüyü təkliflər Qətnamə müəllifinin tutarlı, əsaslı çıxışlarından sonra Avropalı parlamentarilər tərəfindən rədd edilib. Azay Quliyev bildirib ki, erməni deputatın narahatlığını yaxşı başa düşür. Amma işğal altında olan torpaqlarda yerləşən tarixi-mədəni abidələrin dağıdılması, formasının dəyişdirilməsi, özgəninkiləşdirilməsi, oğurlanması, qəsb edilməsinin pislənməsi ilə yanaşı, iştirakçı dövlətlərin bu cür hərəkətlərə yol verənlərə qarşı tədbirlər görməsi və tarixi abidələrin qorunması mexanizmlərinin təsis edilməsi kimi məsələlərin əksini tapdığı Qətnamənin qəbulu ATƏT-in missiyasına tamamı ilə uyğundur. Qətnamə layihəsinə təklif edilən 10 düzəlişdən yalnız 5-i müəllif tərəfindən əsaslı hesab edilərək, qəbul olunub.

Müzakirələrdən sonra iclasın aparıcısı, xanım İsabel Santos Qətnamə layihəsini səsverməyə çıxarıb və sənəd böyük səs çoxluğu ilə (2 nəfər bitərəf, əlehinə 0) qəbul edilib. Xanım Santos uğurlu layihəyə görə müəllifi təbrik edib. UNESCO-nun və digər beynəlxalq təşkilatların siyahısında olub-olmamasından asılı olmayaraq, böyük əhəmiyyətə malik mədəni irsin qəsdən dağıdılmasının qadağan edilməsi, qarşısının alınması və bu hərəkətə görə cəza verilməsi istiqamətində müvafiq tədbirlərin görülməsi layihədə açıq qeyd edilib. Bu qətnamə ATƏT ərazində işğal edilmiş ərazilərdə, o cümlədən Azərbaycanın zəbt olunmuş torpaqlarında mədəni irs nümunələrinin dağıdılması, məhv edilməsi və tarixi saxtalaşdırılmasının qarşısının alınması istiqamətində yeni bir beynəlxalq sənəddir. Xatırladaq ki, bu Azərbaycanlı millət vəkili Azay Quliyevin ATƏT PA-da qəbul olunan sayca ikinci Qətnamə layihəsidir. 

Sessiyada iştirak edən Ermənistan nümayəndə heyətinin üzvü Artaşes Qeqamyan isə qətnamayə bir neçə düzəliş olunmasını istəyib. O  “mədəni mülkiyyətin qorunması ilə bağlı qətnaməyə “öz ərazilərində” sözünün əlavə edilməsini təklif edib. ATƏT-in Büro üzvü, Qətnamə layihəsini müəllifi Azay Quliyevin Ermənistan nümayəndəsinə cavabı gecikməyib. O, bildirib ki, işğal olunmuş torpaqlarda mədəni mülkiyyəti qorumaq mümkün deyil. "İşğalçı dövlət həmin ərazilərdə mədəni mülkiyyəti qorumalıdır”.



Modern.az
 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu