Fransanın keçmiş prezidenti Nikola Sarkozini həbs təhlükəsi gözləyir. Modern.az xarici KİV-ə istinadla xəbər verir ki, sabiq dövlət rəhbəri bu gün korrupsiya işi üzrə dindirilmək üçün polisə çağırılıb. İddiada bildirilir ki, N. Sarkozi vəzifə səlahiyyətlərindən sui-istifadə edib.
Qeyd edək ki, N. Sarkozi 2007-2012-ci illərdə Fransanın prezidenti olub.Modern.az