Modern.az

Rektor: “Milli Qəhrəman qızının imtahana buraxılmamağını araşdıracam”

Rektor: “Milli Qəhrəman qızının imtahana buraxılmamağını araşdıracam”

Təhsil

1 İyul 2014, 13:12


Odlar Yurdu Universitetinin rektoru Əhməd Vəliyev Milli Qəhrəman qızının işini nəzarətə götürüb. Bu barədə Modern.az-a deputat-rektorun özü məlumat verib. O bildirib ki, məsələ barədə yenicə xəbər tutub.

“Son dövrlər valideynini itirən, valideyni əlil, şəhid olan şəxslərin övladları ölkə başçısının sərəncamı ilə təhsilhaqqından azad olunublar. Yəni onların təhsil xərclərini dövlət ödəyir. Ona görə, bu cür tələbələrə nə isə şamil olunubsa, deməli ona da şamil ediləcək”.

Əhməd Vəliyev Adolat Aznaurovanın ona müraciət etməyini məsləhət görüb. “Şəxsən mənə müraciət etməli idi. O halda təhsil haqqının 10, 20 və ya 50, bəlkə də 100%-ni öz üzərimə götürərdim”. A.Aznaurovanın qapadılmış Azərbaycan Beynəlxalq Universitetindən Odlar Yurdu Universitetinə köçürüldüyü üçün problem yaşadığını deyən rektor təhsil haqqında 50% güzəşt olunduğunu bildirib.
 “O, bizim universitetin tələbəsi deyil. Əgər test imtahanı ilə “Odlar Yurdu”na daxil olsaydı, mən ona hər güzəşt edərdim, yaxşı oxuyardı, təqaüd də kəsərdim. O, “Odlar Yurdu”na başqa universitetdən gəlib”.

   Xatırladaq ki, Milli Qəhrəman İsgəndər Aznaurovun qızı Adolat Aznaurova dövlət imtahanına buraxılmayıb. ABU-nun bağlanması nəticəsində diplom almaq üçün Odlar Yurdu Universitetinə köçürülən A.Aznaurovanın imtahana buraxılmamasının səbəbi illik ödənişi ödəməməsidir. Onu da bildirək ki, bir müddət əvvəl prezident İlham Əliyev şəhid, əlil və valideynini itirmiş uşaqların təhsil haqqından azad olunması ilə bağlı sərəncam imzalayıb.     

Gültəkin ƏLƏSGƏR    
Sizə yeni x var
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu