Modern.az

Yeni seçilən akademik: “Ayaqlarım nə təhər ağrıyırdısa, fəxri ada sevinə bilmədim”

Yeni seçilən akademik: “Ayaqlarım nə təhər ağrıyırdısa, fəxri ada sevinə bilmədim”

Təhsil

1 İyul 2014, 13:16


Dünən Elmlər Akademiyasının ümumi yığıncağında həqiqi və müxbir üzvlüyə seçkilər keçirilib. Seçkilərdə 26 həqiqi, 50 yeni müxbir üzlər seçilib. Modern.az həqiqi üzv seçilən və akademik adına layiq görülən bir neçə alimin açıqlamalarını təqdim edir:

Kimya elmləri bölməsindən akademik seçilən Vaqif Abbasov təbriklərə görə təşəkkürünü bildirməklə yanaşı, özünün və akademik seçilən başqa həmkarlarının uğurlarını elmdə, ümumiyyətlə ölkədə yaradılan təmiz ab-hava ilə əlaqələndirir:
“Təbriklərə görə təşəkkür edirəm. Elmdə bundan böyük ad yoxdur. Siz bir akademik seçilən alimlərin siyahısına baxın, görün orada nə qədər görkəmli şəxsiyyətlər var”.

SSRİ xalq artisti, bəstəkar Arif Məlikov isə sənət adamları arasında akademik adına layiq görülən ilk adam kimi tarixə düşdü. A.Məlikov hələ də akademik adını aldığı günün gərginliyindədir.
“Səhər 9-dan axşam 12-yə qədər gözləmişik. Ayaqlarım nə təhər ağrıyırdısa akademik olduğunu biləndə də sevinmədim: Demək olar ki hamı yorulmuşdu”.

Elmin Nuri

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu