İyunun 28-də Bakı şəhər sakini Xatirə Gözəlova evində sirkə turşusundan zəhərlənib. Modern.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, xəstəxanaya yerləşdirilən X.Gözəlova iyunun 29-da orada dünyasını dəyişib.
İyunun 30-da dərmandan zəhərlənərək xəstəxanaya yerləşdirilən Gəncə şəhər sakini Turanə Qurbanova da orada ölüb. Digər məlumata görə, Bakı şəhər sakini Nərman Həsənov, Abşeron rayonu Fatmayı kənd sakini Vəsilə Məmmədova, Gəncə şəhər sakinləri Pərvanə Kərimova, dərmandan zəhərlənmə ilə xəstəxanalara gətiriliblər.