Modern.az

Azərbaycanda qadınlara sahibkarlıq öyrədilir

Azərbaycanda qadınlara sahibkarlıq öyrədilir

Təhsil

1 İyul 2014, 14:16

 “Lider Qadınlar” İB, “Universitet Təhsilli Qadınlar Cəmiyyəti” və “Qadınlar Gələcək Uğrunda” İB-dən ibarət koalisiyanın  “Seçkili orqanlarda qadınların təmsilçiliyinin artırılması” adlı  layihəsi davam edir. Layihənin əsas məqsədi seçkili orqanlarda qadınların təmsilçiliyini artırmaq, onların siyasi və sosial-iqtisadi proseslərə təsirini gücləndirməkdir.

Layihənin icrasına 2014-cü ilin fevral ayından başlanıb. Keçən müddət ərzində Bakı, Salyan, Sabirabad, Yardımlı, Tərtər, Yevlax şəhərlərində ictimai fəal qadınlar üçün Forumlar, 18-35 yaşlı qadınlar üçün sahibkarlığın inkişafı ilə bağlı təlimlər keçirilib.

Göstərilən rayonlarda may ayında sahibkar qadınlar üçün, iyun ayinda isə ümumiyyətlə, lider qadınlar üçün seçki maariflənməsi təlimləri keçirilib. Bu potensial qadın namizədlər üçün nəzərdə tutulan maariflənmə təlimlərinin birinci mərhələsidir. Təlimlər  silisilə xarakter daşıyır. İkinci mərhələ bu ilin payızında, seçki öncəsi keçiriləcək.

İyun ayında həmçinin Bakıda 2 dəyirmi masa və jurnalistlər üçün maariflənmə təlimi keçirilib.

Xatırlatmaq istərdik ki, layihə Kaunterpart Azərbaycan (Counterpart İnternational) Beynəlxalq Təşkilatı ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) dəstəyi ilə Qadın İştirakçılığı Proqramı çərçivəsində həyata keçirilir (QİP).

QİP-nın ümumi məqsədi qadınlar üçün vacib olan məsələlərlə bağlı ictimai məlumatlandırma, qadınların qərarvermə proseslərinə təsirinin gücləndirilməsi və qadın hüquqları sahəsində çalışan vətəndaş cəmiyyəti təşkilatlarının (QHT- lərin) və qadın məsələləri sahəsində fəaliyyət göstərən dövlət strukturlarının bacarıqlarının artırılması yolu ilə Azərbaycanda qadınların vəziyyətinin yaxşılaşdırılmasıdır.

Layihə 2015-ci il iyun ayında başa çatacaq. Layihə Ailə, Qadın, Uşaq məsələləri üzrə Dövlət Komitəsinin dəstəyi və iştirakı ilə həyata keçirilir.



Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu