Bu gün Azərbaycan mətbuatında fəaliyyət göstərən gənc jurnalistlərə yaşlı peşəkarların münasibəti necədir? Onlar gənc qələm sahiblərini özlərinin davamçıları sayırmı?
Modern.az-a danışan telejurnalist Qulu Məhərəmli mətbuatda olan gənclərin adlarını çəkməkdə çətinlik çəkir. “Onların özlərini tanıtması üçün müəyyən zamana ehtiyacları var”.
Zeynal Məmmədli bildirib ki, jurnalistlərin özlərini göstərməsi və peşəkarlaşması üçün media bazarı arzuolunan deyil.
“Media bazarının tələbatı ilə peşəkarlıq arasında haçalanma mövcuddur. Bu gənclərin problemi deyil. Razıyam, gənc jurnalistlərin dil-üslubu ürəkaçan deyil, amma bu problem birgə həll etmək lazımdır”.
Bu gün media bazarında gənclərin özlərini göstərməsinə şəraitin olmadığını vurğulayan Z. Məmmədli məsələnin həllinə kollektiv yanaşmanın əhəmiyyətini vurğulayıb.
Məltəm Talıbzadə