Modern.az

Deputat Madər Musayev: “Mənim ticarət mərkəzim çoxdan bağlanıb”

Deputat Madər Musayev: “Mənim ticarət mərkəzim çoxdan bağlanıb”

Parlament

1 İyul 2014, 16:16

Sabiq deputat Gülər Əhmədova ilə ABU-nun keçmiş rektoru Elşad Abdullayev arasındakı  “mandat alveri” qalmaqalının qurbanı, 2012-ci ilin dekabrında İstanbulda dünyasını dəyişən Sevinc Babayevanın oğlu Ayxan Məmmədovun oğurluq etdiyi “Favorit” marketlər şəbəkəsinin millət vəkili Madər Musayevə məxsus olnduğu iddia edilir.

Madər Musayevin Binəqədi rayonundan deputat seçilməsi və həmin marketlər şəbəkəsinin daha çox Binəqədi rayonu ərazisində fəaliyyət göstərməsi bütün diqqəti onun üzərinə yönəldib. Yayılan məlumatlara görə, Madər Musayevə məxsus “Favorit” marketlər şəbəkəsi 2013-cü ilin avqustundan fəaliyyətə başlayıb.

Məlumatı dəqiqləşdirmək üçün millət vəkili Hacı Madərlə əlaqə saxladıq. Deputat Modern.az-a bildirdi ki, onun heç bir marketlər şəbəkəsi yoxdur.

“Mənim nə şəbəkəm var, nə də Sevinc Babayeva tanıyıram. Bunu istintaq, məhkəmə, polis orqanları bilər. Məndə “Favorit” yox, “Bahar” ticarət mərkəzi var idi. O da çoxdan bağlanıb”.

Deputat sonda “təki deyilənlər doğru olaydı, “Favorit” marketlər mənim olaydı” deyə zarafatından qalmayıb.

Gültəkin ƏLƏSGƏR  

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama