Modern.az

Sərdar Cəlaloğlu: “Siyasi məhbus” siyahıları partiyalarla niyə müzakirə olunmur?” – AÇIQLAMA

Sərdar Cəlaloğlu: “Siyasi məhbus” siyahıları partiyalarla  niyə müzakirə olunmur?” – AÇIQLAMA

Təhsil

1 İyul 2014, 17:00


“Ayr-ayrı qeyri hökumət təşkilatlarının siyasi məhbus məsələsi ilə bağlı mövqeyi subyektivdir. Hərə özünün şəxsi maraqlarına uyğun olaraq siyahı hazırladığından "siyasi məhbus" məsələsi həmişə mübahisəli olur”. Bu sözləri Modern.az saytına açıqlamasında ADP sədri Sərdar Cəlaloğlu hüquq müdafiəçiləri arasında siyasi məhbus məsələsi ilə bağlı yaranmış fikir ayrılıqlarını şərh edərkən deyib.

Onun sözlərinə görə "siyasi məhbus" siyahısı hazırlayan təşkilatların müəyyən prinsipləri müəyyənləşməli və ortaq mövqeyi olmalıdır. ADP lideri hesab edir ki, müxtəlif QHT-lərin bu məsələ ətrafında  fikir ayrılıqları siyasi məhbus siyahısında olan məhbusların zərərinə işləyir. “Hər müxtəlif siyahı çıxanda bu adamların siyasi məhbus olmasına şübhələr yaranır. Bu həm də hüquq müdafiəçilərinin dövlətlə müəyyən məsafə saxlaması ilə bağlıdır. Bəziləri hakimiyyətə kifayət qədər yaxın olduğundan iqtidarın maraqlarına uyğun davranır. Digərləri isə hakimiyyətə qatı müxalif olduğuna görə mövcud iqtidar əleyhinə siyahılar hazırlayır”.  

S. Cəlaloğlu bildirib ki, "siyasi məhbus" siyahısı hazırlanarkən ADP-yə həbsdə üzvlərinin olub-olmaması ilə əlaqədar müraciətlər edilmir. “Onlar öz maraqlarına uyğun siyahı hazırlayırlar, ona görə də bizimlə məsləhətləşmirlər. Düzü ADP-dən həbsdə olan da yoxdur, amma ümumilikdə "siyasi məhbus" məsələsi ilə bağlı hüquq müdafiəçilərinin hərəkətləri  bundan ibarətdir”.  

Qeyd edək ki, Azərbaycan rəsmi dairələri ölkədə siyasi məhbus olmadığını bildirsə də, müxtəlif təşkilatlar, hüquq müdafiəçiləri bunun əksini söyləyir.  

Aqşin Kərimov

 
Sizə yeni x var
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu