Modern.az

Putin “yeni SSRİ”-ni STRATEJİ hədəf elan etdi: “Avrasiya Birliyini buna görə yaratmışıq”

Putin “yeni SSRİ”-ni STRATEJİ hədəf elan etdi: “Avrasiya Birliyini buna görə yaratmışıq”

Təhsil

1 İyul 2014, 17:30


“Avrasiya İqtisadi Birliyi MDB məkanındakı dövlətlər üçün yaradılıb. Lakin çoxu hələ bu birliyə daxil olmayıblar”. Modern.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin rus diplomatlarla görüşündə deyib.

O bildirib ki, Avrasiya İttifaqı qonşu ölkələrlə dost əlaqələrinin möhkəmləndirilməsinə xidmət edir. Onun sözlərinə görə iqtisadi əməkdaşlığın inkişafı Rusiya xarici siyasətinin prioritetlərindəndir. “Biz MDB üçün Avrasiya Birliyini yaratmışıq. Bu, strateji istiqamətdir və uzunmüddətli perspektivə hesablanıb”,-deyə V. Putin bildirib.

Qeyd edək ki, may ayının 29-da Astanada Rusiya, Qazaxıstan, Belarus prezidentləri Avrasiya İqtisadi Birliyinin yaradılması haqqında sənədə imza atıblar.  

Aqşin Kərimov  

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu