Modern.az

Prezident DİN əməkdaşlarına ali xüsusi rütbələr və fəxri adlar verdi - SİYAHI

Prezident DİN əməkdaşlarına ali xüsusi rütbələr və fəxri adlar verdi - SİYAHI

Təhsil

1 İyul 2014, 18:37

Azərbaycan Prezidenti İlham Əliyev Daxili İşlər Nazirliyinin zabitlərinə ali xüsusi rütbələr verilməsi haqqında sərncam imzalayıb. Sərəncamda deyilir:

  “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin aşağıdakı zabitlərinə ali xüsusi rütbələr verilsin:

polis general-leytenantı ali xüsusi rütbəsi:

polis general-mayoru Fazil Balahəsən oğlu Quliyevə

polis general-mayoru ali xüsusi rütbəsi:

polis polkovniki Şərif Kamil oğlu Əsədullayevə
polis polkovniki Fəxrəddin Ataxan oğlu Pənahova”.

Digər sərəncama əsasən isə Azərbaycan Respublikası daxili işlər orqanlarında rabitə və təhsil sahəsində xidmətlərinə görə  Daxili İşlər Nazirliyinin aşağıdakı əməkdaşlarına fəxri adlar verilib.

“Əməkdar Mühəndis” fəxri adı:

Hüseynov Elsevər Abbas oğlu - polis polkovniki

“Əməkdar Müəllim” fəxri adı:

Hümbətov Səməd Həmid oğlu - polis polkovniki.

Modern.az  

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu