Quba rayon gənclər və idman idarəsinin rəisi Mustafa Mehalayevin polis bölməsinə aparılması ilə bağlı bu gün bəzi KİV-də yayılan xəbərlər yalan çıxdı. Bu barədə açıqlama verən M.Mehalayev belə bir hadisənin baş vermədiyini və heç kimin də sərxoş olmadığını söyləyib.
“Tədbir başlayan zaman polislə başqa bir qonaq arasında anlaşılmazlıq yarandı və mən müdaxilə edib aranı sakitləşdirdim. Sona qədər qonaqlarla tədbirdə əyləşmişik, yay fəsli olduğu üçün Qubada tanınmış müğənnilərin konsertlərinin təşkili ilə bağlı müzakirələr aparmışıq” - deyən M.Mehalayev gənclər üçün təşkil edilən tədbirdə bəzi KİV-in yazdığı kimi fövqəladə bir şeyin baş vermədiyini söylədi. (azadinform)