Modern.az

Əhməd Vəliyev: “Milli Qəhrəman övladlarına sayğı hamımızın borcudur”

Əhməd Vəliyev: “Milli Qəhrəman övladlarına sayğı hamımızın borcudur”

Təhsil

1 İyul 2014, 19:13


Odlar Yurdu Universitetinin rektoru, deputat Əhməd Vəliyev Milli Qəhrəman İsgəndər Aznaurovun qızı Adolat Aznaurovanın 2000 AZN-i ödəmədiyi üçün dövlət imtahanına buraxılmaması barədə xəbərlərə bir daha aydınlıq gətirib. Ə. Vəliyev Modern.az saytına açıqlamasında bildirib ki,  Milli Qəhrəman övladlarına kömək etmək hər bir Azərbaycan vətəndaşının borcudur.

“Biz də Odlar Yurdu universiteti olaraq hər zaman bu məsələni diqqətdə saxlamışıq. Ancaq Adolat Aznaurovanın bizim universitetə fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetindən gəlib. Ona görə də biz onun barəsində geniş məlumata malik olmamışıq. Eyni zamanda həmin tələbə bizə bununla bağlı müraciət etməyib. Təbii ki, bu barədə bilgimiz olsaydı, ona kömək edərdik. Bir daha qeyd edirəm ki, Milli Qəhrəman övladlarına kömək etmək bizim borcumuzdur”.  

Qeyd edək ki, A. Aznaurovanın imtahana buraxılmaması barədə məlumatlar yayılıb. Onun kəsiri olduğu bildirib.  

Modern.az  

 
Sizə yeni x var
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu