Modern.az

Ayaz Mütəllibovun əmisi oğlu da AMEA-ya müxbir üzv seçildi - FOTO

Ayaz Mütəllibovun əmisi oğlu da AMEA-ya müxbir üzv seçildi - FOTO

Təhsil

1 İyul 2014, 22:29

Xəbər verdiyimiz kimi dünən Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) həqiqi və müxbir üzvlüyə seçkilər keçirilib. AMEA-nın yeni 26 həqiqi və 50 müxbir üzvü artıq bəllidir.
Modern.az saytına məlum olub ki, AMEA-nın yeni müxbir üzvlərindən biri də eks-prezident Ayaz Mütəllibovun əmisi oğludur.
Təhsin Mütəllim oğlu Mütəllimov Humanitar və ictimai elmlər bölməsi üzrə AMEA-ya müxbir üzv seçilib.

Ədəbiyyatşünas, tənqidçi. filologiya elmləri doktoru, professor Təhsin Mütəllimov hazırda Bakı Dövlət Universitetində (BDU) çalışır. O, BDU-nun Filologiya fakültəsinin Klassik Azərbaycan ədəbiyyatı kafedrasının əməkdaşıdır.
Azərbaycan Dövlət mükafatı laureatı T.Mütəllimovun XX əsr Azərbaycan ədəbiyyatına, müasir ədəbiyyata, poetikaya və sənətkarlıq məsələlərinə dair tədqiqatları var. Ədəbi tənqid sahəsində də səmərəli fəaliyyət göstərir. "Kədərli gülüş" (1967), "C.Məmmədquluzadənin nəsrində inikas üsulları" (1985), "C.Məmmədquluzadənin təhkiyə üslubu" (1986) və s. məqalələrində C.Məmmədquluzadə yaradıcılığının mövzu, ideya, janr, üslub özünəməxsusluğu və orijinallığından bəhs olunur.

Qeyd edək ki, Ayaz Mütəllibovun digər əmisi oğlu mərhum Tofiq Müttəlibov Azərbaycanın tanınmış şairi və əməkdar incəsənət xadimidir. Tofiq Mütəllibov yaddaşlarda nəğməkar şair kimi qalıb.

A.Qorxmaz

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu