Modern.az

“Liderlərin sevgi macəraları”: Dörd xanım tərəfindən tərk edilən Çe Gevara

“Liderlərin sevgi macəraları”: Dörd xanım tərəfindən tərk edilən Çe Gevara

2 İyul 2014, 10:10

Modern.az-ın “Liderlərin sevgi macəraları” rubrikasında budəfəki yazı əfsanəvi Ernesto Çe Gevaranın sevgi macərası haqdadır.

“Bilirdim ki, sən Çeni itirmək istəməzsən”

Ernesto birinci xanımı Hilda ilə Qvatemalada tanış olur. Tanışlığın əsas kökündə isə ədəbiyyat dayanır. Bir birlərində Volt Vitmandan, Tolstoydan danışır, ədəbi mübahisələrdən çəkinmirlər. Çe Gevara onu da başqaları kimi qatı burjuaziya nümayəndəsi zənn edərək əlaqələri rəsmi dostluq səviyyəsində saxlayır. Amma Hilda çox keçmədən  fərqli xarakter sahibi olan Çenin fikrini dəyişə bilir. Gevara ona evlilik təklifi edir. Hildanın  qəti fikrə gələ bilmədiyini görən Çe qəfildən dost kimi qalmalarını bildirir. Çox keçmir ki, bu dostluq da pozulur. Məğlubiyyəti həzm edə bilməyən Çe bütün münasibətləri kəsir. Lakin 1955-ci ilin Milad gecəsində Çe Hildaya kitab və arasında məktub yollayır. Həmin məktubda bu qeyd xüsusilə diqqəti çəlb edir: “Hilda üçün. Ayrılıq vaxtı gələrkən bir anlıq da olsun fikir vermək ümidiylə”

Sevgisində israrlı olan Çe axır ki, üçüncü cəhddə Hildadan evlilik təklifinə müsbət cavab ala bilir. Sonradan ailə cütlüyü kimi yaşayanda Hilda Çe Gevaraya bir sual verəcək: “Evlilik təklifini qəbul edəcəyimi bilirdin?” Çenin hazırcavablığı özünü ləngitmir: “Bəli, Çünki sən heç vaxt Çeni itirmək istəməzdin”.

“Sadiq Aleida”

Çox keçmir  ki, onların evlilik həyatı bitir. Bunun əsas səbəbkarı da dəyişkən fikirli və  hər şeyə tez qərar verən Çe olur. İdeyalarına ruhən bağlanması onu bütün şəxsi həyatdan uzaqlaşdırır. Nəticədə isə o kiçik yaşlı qızı və xanımı Hildanı soyuqqanlı şəkildə, heç nə olmamış kimi qatarla yola salır. Hilda balaca qızı Biatrisi götürərək Peruya gedir. Sonradan bu hadisəni məktublarında belə əsaslandırır: “Düşüncələrimiz ayrı-ayrı idi, mən o zaman yeni üfüqlərin xəyalını quran bir anarxist idim”.

Bu ayrılıq inqilabçını ictimai həyata daha da kökləyir. Amma özündə nisbətən şair ruhu gəzdirən Gevara çox keçmir ki, yenidən aşiq olur. Bu xanım gələcəkdə onun dörd uşağının anası olacaq Aleida idi. Aleida da Hilda kimi Çenin təklifini həmən qəbul etmir. Onlar arasında məktublaşma daha uzun müddətli davam edir. Amma ruhən  bir birlərinə yaxın olan bu iki insan çox keçmədən birləşə bilirlər. Çünki Aleidaya sevgi yaranan zaman Çe inqilabi fəaliyyətinin və azadlıq mücadiləsinin ən pik nöqtəsində idi. Bütün Kuba eləcə də,  Latın Amerikası azadlıq hərəkatlarının mücahidləri kimi yetişirdi. Bunlardan  biri də Aleida idi. Çe Aleidaya göndərdiyi sevgi məktublarında başdan başa bu azadlıq uğrunda mübarizədən və bir gün nə olursa olsun ona çatacaqlarından bəhs edirdi. Beləcə inqilabçı xanımın könlünü alan inqilab lideri azadlıq hərəkatı bitəndən sonra onunla evlənir. Amma bu zaman da o, şəxsi həyatına diqqət edə bilmir. Çünki hərəkatdan sonra onun əsas ideyalarını yaymaq və vacib görüşlər keçirmək üçün Çe bir gün qəfil evini tərk edir.

Aleida Gevaranın əsas ömür gün yoldaşı kimi onun ölümündən sonra da çox iş gördü. Çe Gevara kommunizm rejiminin bəzi riyakarlıqlarından bezərək ideyaları təbliğ etmək üçün 1965-ci ildə Kubanı tərk edəndə yalnız buraxdığı iki məfhum var idi – biri Kuba Azadlıq Hərəkatı, o biri də Adeleida. Fidel Kastroya yazdığı vida məktubunda da Çe Gevara  bunu qeyd etmişdi.

İki kiçik macəra

Aleida və Hildaya nəzərən Çe ilə daha az sevgi münasibətində olan iki qadın haqqında da məlumat verək. Onlardan biri hələ Çe evlənmişdən qabaq tanış olduğu kapitalist qızı Çiçiniya idi. Çiçiniyanın ailəsi əvvəlcə Çni qəbul etsələr və sonradan aktiv kommunist təbliğatçılarından olduğu üçün qızlarını ondan uzaqlaşdırırlar. Bu hadisədən sonra Çe Gevara kapitalist dünyasına daha çox nifrət bəsləyir.

Digər xanım isə inqilabçılar arasında “mələk qız“ kimi tanınan Zoyia Rodriges olur. Onlar bir birlərinə bağlansalar da inqilab qüvvəsi Çenin fikirlərini dağıtmış olur. Santa Klaraya böyük yürüş zamanı Çe Zoyianın hərəkata qatılmasını istəmir. Beləcə onların arasında yaranan qısa sevgi münasibətləri bununla da bitir.

Sonuncu “sevgili” - Kiçik Biatris

Nəhayət 1969-cu ildə silahlılar tərəfindən ağır yaralanan lakin buna baxmayaraq onu vurmağa ürək etməyən amerikan çavuşuna “qorxma məni vur. Çətini bir güllən gedəcək deyən zaman Çe Gevara ən çox bir xanımı sevirdi. Həmin xanımın o zaman 12 yaşı var idi və Çe ən son onu Peruya qatarla yola salanda görmüşdü. Bu xanım Çenin  inqilaba, azadlıq mücadiləsinə görə tərk etdiyi qızı Biatris idi.

 

Elmin Nuri

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi