Rusiyanın Hava Hücumundan Müdafiə sistemlərinin istehsalı ilə məşğul olan “Almaz-Antey” ASC konserni Ermənistan Müdafiə Nazirliyinin sifarişi ilə bu ölkəyə yeni “Kasta- 2E2” üç kordinasiyalı mobil radiolokasiya sistemləri satacaq.
Modern.az erməni mətbuatına istinadən xəbər verir ki, konsern Ermənistanı S-300 zenit raket kompleksini dəyəri 900 min dollardan artıq olan ehtiyat hissələri ilə də təmin edəcək.
Qeyd edək ki, “Kasta -2E2” radolokasiya sistemləri hava məkanının mühafizə olunması üçün nəzərdə tutulub. Sistem hava obyektləri - təyyarə və helikopterlərin aşkar olunmasında və raket zərbələrinin qeydə alınmasında önəmli xarakteristikalara malikdir.
Vüqar İsmayılov