Bu gün AMEA Rəyasət Heyətində Azərbaycanın keçmiş xarici işlər naziri, Polşadakı səfirimiz Həsən Həsənovun rus dilində “Qız qalası” kitabının təqdimat mərasimi keçirilib. Kitab İçərişəhərdə yerləşən abidələrin, eləcə də Qız Qalasının tarixi simasının qorunub saxlanması və gələcək nəsillərə çatdırılması məqsədilə qələmə alınıb.
Modern.az xəbər verir ki, üç hissədən ibarət olan kitabda Qız qalasının tarixi tamamilə fərqli prizmadan araşdırılıb və bir sıra toponimlərin adları açıqlanıb.
Təqdimatda həmçinin akademik İsa Həbibbəyli, akademik Nizami Cəfərov, professorlar Ərtegin Salamzadə, İlham Məmmədzadə və digər tanınmış elm xadimləri də iştirak edib.
Elmin Nuri