““Minval” qəzeti minval.az saytının nəzdində hazırlanacaq”. Bunu Modern.az-a açıqlamasında minval.az saytının təsisçisi Rauf Arifoğlu deyib. “Azərbaycanda rusdilli qəzetlər yox kimidir. Buna görə də belə bir qəzeti yaratmağa ehtiyac duyduq. Qəzetin bir neçə nömrəsinin nəşrindən sonra həftəlik nəşrdən gündəliyə keçməyə qərar vermişik”.
Qeyd edək ki, rusdilli minval.az saytı həftədə bir dəfə qəzet şəklində nəşr olunacaq. Eyniadlı qəzetin ilk nömrəsinin sabah satışda olacağı gözlənilir.
Misranə Həsənzadə