Modern.az

Bu gün test imtahanı verən 49 əcnəbi abituriyentin əksəri Rusiya və Gürcüstandandır

Bu gün test imtahanı verən 49 əcnəbi abituriyentin əksəri Rusiya və Gürcüstandandır

Təhsil

3 İyul 2014, 11:35

“İmtahanda iştirakı gözlənilən 49 ölkə vətəndaşı arasında Gürcüstan və Rusiya vətəndaşları üstünlük təşkil edir”. Bunu Modern.az-a açıqlamasında Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə deyib.

Qeyd edək ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) bu gün rus bölməsi abituriyentləri üçün “Azərbaycan dili” fənni üzrə imtahan keçirir. Cari ildə “Azərbaycan dili” fənni üzrə birinci imtahan mayın 4-də keçirilib. Qəbul qaydalarına əsasən, mayın 4-də keçirilmiş imtahanda müxtəlif səbəblərə görə iştirak etməyən, habelə həmin imtahanda “qeyri-məqbul” qiyməti alan abituriyentlərə bu gün keçiriləcək “Azərbaycan dili” imtahanında iştirak etmək imkanı verilir.
İmtahan Bakı şəhərində 2 binada təşkil olunacaq və saat 11-də başlanacaq. İmtahanda 1216 abituriyentin iştirakı nəzərdə tutulur. Onlardan 725 nəfəri oğlan, 491 nəfəri qızdır. 842 abituriyent orta ümumtəhsil müəssisələrinin bu ilki məzunu, 374 nəfər isə əvvəlki illərin məzunlarıdır. 11 abituriyent ali təhsil müəssisələrinin məzunları, 60 abituriyent isə orta ixtisas təhsil müəssisələrinin məzunlarıdır. 49 nəfər isə xarici ölkə vətəndaşıdır. Ən yaşlı abituriyent 1970-ci il təvəllüdlü, ən gənc abituriyent isə 1998-cu il təvəllüdlüdür. İmtahan 45 dəqiqə ərzində aparılır və abituriyentlərə “Azərbaycan dili” fənnindən 30 test tapşırığı təqdim edilir. Abituriyentin “məqbul” alması üçün onun topladığı bal 15-dən az olmamalıdır.  

Misranə Həsənzadə
           
Sizə yeni x var
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza