Modern.az

TQDK abituriyentlərə müraciət etdi

TQDK abituriyentlərə müraciət etdi

Təhsil

3 İyul 2014, 14:56

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) abituriyentlərə müraciət edib. Modern.az-ın məlumatına görə, müraciətdə deyilir ki, ərizə qəbulunda iştirak edən abituriyentlər səhvə yol verib: “Ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə keçiriləcək qəbul imtahanlarında iştirak etmək üçün ərizə təqdim etmiş bəzi abituriyentlər eyni zamanda ümumi orta təhsil bazasında (9 illik) orta ixtisas təhsili müəssisələrinə ərizə təqdim ediblər. İyunun 29-da ümumi orta təhsil bazasında kolleclərə keçirilən qəbul imtahanında müsabiqə şərtini ödəyən və ixtisas seçiminə buraxılan həmin abituriyentlər bu təhsil pilləsinə qəbul olduqları təqdirdə ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində iştirak etmək hüqüqlarını itirəcəklər".

 

Misranə Həsənzadə

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza