Modern.az

Kəmaləddin Heydərovun komandası uduzdu - VİDEO

Kəmaləddin Heydərovun komandası uduzdu - VİDEO

Təhsil

3 İyul 2014, 22:57

Modern.az saytı xəbər verir ki, iyulun 3-də Avropa Liqasında I təsnifat mərhələsinin oyunları keçirilir. Azərbaycan çempionatının bürünc mükafatçısı "Qəbələ" klubu ilk oyunu Bosniya və Hersoqovinanın "Şiroki Briyeq" klubu ilə qarşılaşıb.

Tarixində ilk dəfə avrokuboklarda iştirak edən "Qəbələ" öz meydanında uğursuz debüt edib. "Qəbələ" rəqibə 0:2 hesabı ilə məğlub olub. 

Qeyd edək ki, bu komandalar arasında cavab qarşılaşması bir həftə sonra Bosniya və Hersoqovinada keçiriləcək.

Xatırladaq ki, "Qəbələ" Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərovun himayəsindədir. Bu klubun prezidenti nazirin oğlu Tale Heydərovdur.



Modern.az
Sizə yeni x var
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza