Ağstafa rayonunun sərhəd kəndlərində yaşayan vətəndaşların Modern.az-a verdiyi məlumata görə, adı çəkilən ərazidə uzun müddətdir ki, atəşkəs pozulur, güclü atışmalar gedir. Silah səsləri gün ərzində susmaq bilmir. Sərhəd bölgəsində zirehli texnikaların yerləşdirilməsi insanların narahatlığına və təşvişə səbəb olub.
Bununla əlaqədar Müdafiə Nazirliyindən Modern.az-ın sorğusuna cavab olaraq bildirilib:
“Hazırda bu istiqamətdə qoşunların təmas xəttində vəziyyət sabitdir. Sutka ərzində atəşkəsin pozulması halları ilə bağlı faktlar Müdafiə Nazirliyinin rəsmi internet səhifəsində yerləşdirilir”.
Gülşən RAUFQIZI