Lahıc qəsəbəsi ilə Ərəgit kəndini Lülö dərəsindən axan çay tarixən ayırıb. Ötən illərdə dağ çayının mütəmadi selləri körpünü yararsız hala gətirmişdi. İyulun 3-də yeni bərpa olunmuş körpünün açılışı olub. Açılış mərasimində Lahıclılarla bərabər millət vəkili Novruz Aslanov, rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov və yerli hökumət nümayəndələri də iştirak edib. Rayonda bütün nailiyyətlərin əldə olunmasında fəal iştirak edən, həmişə seçicilərinin yanında olan Novruz Aslanov çıxış edərək körpünün tikintisində əməyi olan hər kəsə təşəkkürünü bildirib. Rayon İcra Hakimiyyəti rəhbərliyinin fəaliyyətini təqdir edən fikirlər söyləyib.
Modern.az-ın məlumatına görə, axşam saatlarında millət vəkili Novruz Aslanov iftar süfrəsi açıb. 170 nəfərin iştirak etdiyi iftar süfrəsi İsmayıllı şəhərinində yerləşən «Gülüstan» restoranında təşkil olunub. Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov, yerli hökumət strukturlarının rəhbərləri, müxtəlif icma nümayəndələri də iştirak edib. Deputat müqəddəs Ramazan ayı münasibətilə hamını təbrik edib.