“Bakı Şəhəri üzrə Təhsil İdarəsində bağlanan liseylərin şagidlərinin v alideynləri qəbul olunur, seçimi də onların özləri edirlər”. Bunu Modern.az-a açıqlamasında Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Məmmədəli Kəsəmənli deyib.
Qeyd edək ki, iyulun 1-dən etibarən Bakı Şəhəri üzrə Təhsil İdarəsində Azərbaycan Beynəlxalq Təhsil Kompleksinin ümumi təhsil müəssisələrində təhsil alan şagirdlərin Bakı şəhərinin ümumi təhsil müəssisələrində yerləşdirilməsi ilə bağlı valideynlərin qəbuluna başlanılıb.
M. Kəsəmənlinin sözlərinə görə, məktəblərə köçürülmə prosesi zamanı narazı valideynlə qarşılaşmayıblar: “Təxminən 60-a yaxın valideyn artıq öz övladını başqa məktəbə köçürüb. Valideynlərin çoxu Təhsil Nazirliyinin tərkibindəki məktəbləri seçir, orada da imtahan keçirirlər. Uşaqlar bu gün, sabah imtahan verəcəklər və bilinəcək ki, nazirliyin tabeliyində olan məktəblərə neçə uşaq qəbul olunub”.
Müdir müavini deyib ki, valideynlər seçim edərkən əsasən, 6 nömrəli məktəb, Zərifə Əliyeva adına lisey, Heydər Əliyev adına liseyə üstünlük verirlər.
“Hansısa valideynin narazı olması halı ilə rastlamamışam. Biz çalışırıq ki, hamını razı salaq”.
M.Kəsəmənli deyib ki, “Çağ” Öyrətim”də təhsil alan uşaqlardan əvvəlcədən ödəniş edənlərin pulları özlərinə qaytarılıb.
“Çünki biz hamıya demişik ki, kim əvvəlcədən ödəniş edib, pullarını geri götürsünlər”.
Misranə Həsənzadə