Modern.az

TQDK sədri Sumqayıtda vətəndaşları qəbul edib

TQDK sədri Sumqayıtda vətəndaşları qəbul edib

4 İyul 2014, 13:26


Modern.az xəbər verir ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə Sumqayıtda vətəndaşları qəbul edib. Qəbulda Sumqayıt, Abşeron, Xızı rayon sakinləri və həmin rayonlarda məskunlaşan Qubadlı, Zəngilan, Şuşa rayonlarından məcburi köçkünlər iştirak ediblər.

TQDK-ya müraciətlər sənəd qəbulu, əvvəlki illərin məzunları möhlət hüququ almaq və təhsil sahəsindəki məsələlərlə bağlı olub. Sədrin qəbuluna gələnlər TQDK-nın qəbul qaydalarında tətbiq olunan yeniliklər, magistraturaya qəbul qaydaları, orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanları, buraxılış və monitorinq imtahanları və digər məsələlərə dair rəy və təkliflərini bildiriblər. Bəzi müraciətlər yerindəcə həllini tapıb. Vətəndaşların bəziləri komissiyanın səlahiyyətlərinə aid olmayan müraciətləri isə müvafiq təşkilatlara çatdırılmaq üçün qeydiyyata alınıb və nəzarətə götürülüb.

Rafiq Qənbərov

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza