Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Modern.az-a verilən məlumata görə, iyulun 5-də Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq, arabir tutulacaq. Gündüz cənub-şərq küləyi əsəcək.
Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 20-24, gündüz 30-35 dərəcə isti olacaq.
İyulun 5-də Azərbaycanın bölgələrində səhər və axşam bəzi yerlərdə yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Şərq küləyi əsəcək.
Aran rayonlarında havanın temperaturu gecə 20-25, gündüz 33-38, dağlarda gecə 10-15, gündüz 23-28 dərəcə isti olacaq.
Modern.az