Ərzrumda növbəti mövsümə hazırlaşan Azərbaycan Premyer Liqasında çıxış edən “Xəzər Lənkəran”ın baş məşqçisi, “Fənərbağça” klubunun keçmiş oyunçusu Oğuz Çətin iyulun 3-də gecə ürəyində yaranan problemlə bağlı xəstəxanaya yerləşdirilib. Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ürəyindəki şiddətli ağrılar səbəbindən Şəfa Xəstəxanasına yerləşdirilən Oğuz Çətin ciddi müayinə olunub. Baş məşqçinin hazırda durumunun yaxşı olduğu bildirilir.
Modern.az