Ötən gecə Braziliyada keçirilən futbol üzrə Dünya Çempionatında 1/4 final mərhələsinin iki oyunu baş tutub.
Modern.az saytı xəbər verir ki, Almaniya Fransa arasında keçirilən oyun böyük maraq kəsb edirdi. Qarşılaşma 1:0 hesabı ilə almanların xeyrinə bitib.
Belə ki, 13-cü dəqiqədə Almaniya komandasının müdafiəçisi Mats Hummels oyunda yeganə qolu vurdu.
Bununla da Almaniya yığması 1/2 finala çıxıb.
Digər oyunda Braziliya ilə Kolumbiya qarşılaşıb. Oyunun 7-ci dəqiqəsində Tyaqo Silva hesabı açıb. 69-cu dəqiqədə David Luis Kolumbiyanın qapısına ikinci topu vurub.
80-ci dəqiqədə isə Xames Rodriges penalti qazanaraq Braziliya komandasının qapısına 1 qol vurub. Nəticədə 2:1 hesablı qələbə ilə Braziliya yığması da 1/2 finala çıxıb.
Modern.az