Modern.az

İlham Mirzəyevin həbs müddəti uzadıldı

İlham Mirzəyevin həbs müddəti uzadıldı

5 İyul 2014, 18:39


Həbsdə olan teleaparıcı İlham Mirzəyevin həbs müddəti uzadılıb. Vəkil Adəm Məmmədovun APA-ya verdiyi məlumata görə, Nərimanov Rayon Məhkəməsinin qərarı ilə İ. Mirzəyevin həbs müddəti 2 ay uzadılıb.

Qeyd edək ki, İ. Mirzəyev aprelin 11-də saxlanılıb. Onun əməlləri ilə əlaqədar Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza