“Çto?” “Qde?” “Koqda” oyunun məşhur ulduzları Bakıya gəlib
"Böyük İpək Yolu" Beynəlxalq Gənclər İttifaqı və "Azərbaycan" İntellektual Oyunlar Klubunun təşkilatçılığı “Bakının Birİncisi 2014” adlı “Nə? Harada? Nə Zaman?” və “Breyn-rinq” üzrə gənclər arasında intellektual turniri keçirir. Bu barədə təşkilatın mətbuat xidmətindən məlumat verilib. 30 komandanın iştirakı ilə “Marriot Absheron” otelində baş tutan turnirin aparıcıları Moskva və Minsk elitar klublarının ən məhşur oyunçuları olan, “Büllur Bayquş” mükafatının sahibləri Andrey Supranoviç və Ales Muxindir. Münsiflər heyətində isə Moskva elitar klubun tanınmış oyunçuları Anastasiya Şutova və Aleksand Fingerov əyləşəcək.
Yarışmada ilk 3 yeri tutan komanda diplom və hədiyyələrlə təltif olunacaq. Bundan əlavə “Nə? Harada? Nə zaman” yarışında ilk 8 yeri tutan komandalar üçün tələbələr arasında Rusiya Çempionatının təşkilat komitəsinin üzvü Aleksandr Fingerovun rəhbərliyi ilə “Breyn-rinq” yarışının keçirilməsi planlaşdırılır.
Xatırladaq ki, "Bakının Birİncisi" yarışması - 2010" adlı "Nə? Harada? Nə Zəman?" gənclərarası yarışı 13 fevral 2010-cu ildə, "Bakının Birİncisi-2011" 16 Aprel 2011-ci ildə, "Bakının Birİncisi-2012" 12 may 2012-ci ildə, "Bakının Birİncisi-2013" isə 5 iyul 2013-cü ildə təşkil edilib. Bu turnir Beynəlxalq Klublar Assosiasiyasında lisenziya alıb və təşkilatın rəsmi tədbirlər siyahısına daxil edilib.