Modern.az

DİN Sabirabaddakı insident barədə açıqlama yayıb

DİN Sabirabaddakı insident barədə açıqlama yayıb

5 İyul 2014, 21:58

DİN-in Mətbuat Xidmətinin rəis müavini Ehsan Zahidov dünən Sabirabad şəhərində bir nəfərin saqqalının kənar şəxslər tərəfindən qırxılması barədə bəzi xəbər portallarında getmiş xəbərə aydınlıq gətirib. Rəis müavini bildirib ki, iyunun 4-də Sabirabad şəhər mərkəzi bazarının yaxınlığında Kürdəmir rayon sakini Cavanşir Zərbəliyevin  qeyri-ənənəvi dini təriqətlərdən birinin təbliğatını aparması  ətrafdakı vətəndaşların etirazına səbəb olub. Bu zəmində şəhər sakini Rəmzi Zeynalovla Cavanşir Zərbəliyev arasında əlbəyaxa davaya keçən münaqişə baş verib. Rəmzi Cavanşirin saqqalından tutaraq ondan insanların etirazına səbəb olan söhbətinə son qoymasını  və dərhal ərazini tərk etməsini tələb edib.

Bu barədə məlumat alan polis əməkdaşları dərhal hadisə yerinə gələrək hər iki şəxsi saxlayaraq Rayon Polis Şöbəsinə gətiriblər. Onların ərizə və izahatları alınıb, baş vermiş hadisə ilə bağlı təhqiqata başlanılıb. Araşdırmaların nəticəsindən asılı olaraq qanuni qərar qəbul ediləcək.     

Modern.az  
Whatsapp
Bizə yazın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza