Azərbaycan Yazıçılar Birliyinin üzvü, şairə, mahnı bəstəcisi Xanım İsmayılqızının ailəsinə ağır itki üz verib.
Modern.az Lent.az-a istinadən xəbər verir ki, xanım şairənin oğlu Fərid qəflətən dünyasını dəyişib. Mərhumun ürək tutmasından dünyasını dəyişdiyi bildirilir.
Xatırladaq ki, bu gün torpağa tapşırılan mərhumun üç mərasimi həftənin birinci günü, iyulun 7-də keçiriləcək.