Modern.az

Mundialda Cənubi Amerika - Avropa dueli: Tarix yenə təkrarlanacaqmı...

Mundialda Cənubi Amerika - Avropa dueli: Tarix yenə təkrarlanacaqmı...

6 İyul 2014, 10:24


Braziliyada keçirilən futbol üzrə Dünya Çempionatında 1/4 final mərhələsinin sonuncu oyunundan sonra yarımfinalçılar bəlli oldu.

Modern.az-ın məlumatına görə, 1/2 finalın oyunları 9 və 10 iyul tarixlərində keçiriləcək.

Bu yarımfinal Cənubi Amerika – Avropa dueli olacaq. Latın Amerikası ölkələri avropalılarla münasibətlərə aydınlıq gətirəcəklər:

Braziliya – Almaniya
Argentina - Hollandiya

Mütəxəssislər artıq finalın erkən proqnozunu da verməyə tələsiblər. Belə ki, bəziləri finalda Argentinanın Almaniya ilə üz-üzə gələcəyini ehtimal edirlər. Bu, baş versə, 1986-cı ilin finalı təkrarlana bilər. O zaman Meksikadakı mundialın finalında argentinalılar Maradonanın qolları sayəsində almanları 3:2 hesabı ilə məğlub etmişdilər. Dörd il sonra 1990-da bu milli komandalar mundialın finalında yenidən üz-üzə gəlmişdilər. Həmin oyuda almanlar 1:0 hesablı qələbə ilə əvvəlki məğlubiyyətin əvəzini çıxmışdılar. Görəsən tarix yenə təkrarlanacaqmı?

 Amma Hollandiyanı, eləcə də Braziliyanı hesabdan silməyənlər də çoxdur... Neymarın yoxluğunda Braziliya finala çıxa bilərmi? Hər halda daha bir neçə günü gözləyək...

1/2 final

9 iyul: Braziliya - Almaniya (01:00)
10 iyul: Argentina - Hollandiya (01:00)

13 iyul: 3-cü yer uğrunda oyun (01:00)

13 iyul: Final (00:00).

 Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza