Modern.az

Azərbaycan dövləti eks-naziri müalicə üçün Ankaraya göndərir

Azərbaycan dövləti eks-naziri müalicə üçün Ankaraya göndərir

7 İyul 2014, 00:20

Azərbaycanın eks-təhsil naziri, türkoloq alim Firudin Cəlilovun ağır xəstəliyə düçar olduğu barədə xəbər vermişdik. Modern.az saytı xəbər verir ki, iyulun 6-da alimin müalicəsini dövlət üzərinə götürüb. Mərkəzi Gömrük Xəstəxanasında yerləşdirilən Firudin Cəlilov iyulun 7-də müalicə üçün Ankaraya yola düşür.

F.Cəlilovun özü də bunu təsdiqləyib.  “İyulun 7-də müalicə üçün Ankaraya gedirəm. Sağlamlığıma görə narahat olan, şəfa diləyən bütün dostlara təşəkkür edirəm”-deyə türkoloq alim bildirib.

Elmin Nuri 

Sizə yeni x var
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza