Dağlıq Qarabağdakı separatçı rejim Xankəndi aeroportu ilə bağlı növbəti açıqlama verib. Modern.az Ermənistan KİV-nə istinadla xəbər verir ki, qondarma Dağlıq Qarabağ “respublikası” nın “baş nazirinin müavini” Artur Aqabekyan “Hayastan” fondunun Fransa filialının nümayəndələri ilə görüşdə bu haqda danışıb.
O bildirib ki, təmsil etdiyi rejim Xankəndi aeroportunun açılıb fəaliyyətə başlamasına görə beynəlxalq ictimaiyyətin dəstəyini gözləyir. “Biz bu məsələdə beynəlxalq ictimaiyyətin dəstəyi lazımdır”,-deyə A. Aqabekyan qeyd edib.
Modern.az