Modern.az

Gürcüstan parlamentinin sədri Bakıya gəldi

Gürcüstan parlamentinin sədri Bakıya gəldi

7 İyul 2014, 09:30



Gürcüstan parlamentinin sədri David Usupaşvili ötən gecə Azərbaycana səfərə gəlib. Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı Milli Məclisi sədrinin birinci müavini Ziyafət Əsgərov və digər rəsmi şəxslər qarşılayıblar.
Aeroportda jurnalistlərə müsahibə verən D.Usupaşvili bildirib ki, səfərin məqsədi Azərbaycanla Gürcüstanın qanunverici orqanları arasında müxtəlif sahələri əhatə edən, o cümlədən iqtisadi və hüquqi sahədə qarşılıqlı əməkdaşlıq məsələlərini ətraflı müzakirə etməkdir.
Səfər çərçivəsində Gürcüstan parlamenti sədrinin Azərbaycan rəsmiləri ilə bir sıra görüşləri nəzərdə tutulub.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza