Modern.az

1-ci sinfə uşaq qəbulu başladı - “Bu il 138 min altıyaşlı ilk dəfə məktəbə gedəcək”

1-ci sinfə uşaq qəbulu başladı - “Bu il 138 min altıyaşlı ilk dəfə məktəbə gedəcək”

7 İyul 2014, 10:37

“2014-2015-ci tədris ilində I sinfə qəbul olunacaq şagirdlərin sayı üzrə proqnoz 138 min nəfərdir”.  Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq Təhsil Nazirliyindən bildiriblər.
Növbəti tədris ili üçün artıq bütün ümumi təhsil məktəblərində I sinfə qəbul həyata keçirilir:

“Bütün ümumi təhsil məktəblərində I sinfə qəbul həyata keçirilir. Lisey və gimnaziyalara qəbul onların nizamnamələrinə uyğun aparılır”.

“I sinfə qəbulla bağlı valideynin ərizəsi müvafiq dərs ilinin ikinci yarımilindən başlayıb və növbəti dərs ili başlananadək məktəbdə qeydiyyata alınacaq”, – deyə nazirlikdən qeyd olunub.

Gülşən RAUFQIZI

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi